Azərbaycanda xaricə səfər edən vətəndaşların sığortası üzrə ödənişlər azalıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istinadən xəbər verir ki, cari ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə ödənişlər 190,9 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 60,5 min manat və ya 24,1% azdır.
2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 251,4 min manat təşkil edib.