“Xalq Sığorta” ASC bu ilin ilk 7 ayı ərzində 16 milyon 305 min manat həcmində sığorta haqqı toplayıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, şirkətin yığımları son bir illə müqayisədə 3 milyon 726 min manat, başqa sözlə 29,6% artıb.
Əvvəlki ilin eyni dövründə şirkətin yığımları 12 milyon 579 min manat olmuşdu.
Bu dövrdə şirkətin müştərilərinə etdiyi ödənişlərin məbləği isə 5 milyon 836 min manat olub.
Bu da illik müqayisədə 141 min manat (2,5%) artıqdır.
Ötən ilin eyni dövründə müştərilərə 5 milyon 695 min manat ödəniş edilib.
Xatırladaq ki, 2005-ci ildən fəaliyyət göstərən "Xalq Sığorta" ASC, 58 750 500 manat həcmində nizamnamə kapitalına malikdir. Şirkət, tərəfdaşlar və müştərilər qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirməklə sığorta bazarında yüksək etimad qazanmışdır.
Hazırda fəaliyyətini uğurla davam etdirən “Xalq Sığorta” şirkəti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq lisenziyası əsasında müştərilərə 20-dən çox könüllü və 3 icbari sığorta növünü təklif edir.