“Xalq Sığorta” ASC-nin İdarə Heyəti sədrinə müavin təyin edilib.
FED.az xəbər verir ki, bu, Elmin Ağamirli Nazim oğludur.
O, 2019-cu ilin sentyabrından “Xalq Sığorta” ASC-nin İdarə Heyətinə üzv seçilmişdi. Həmçinin Maliyyə idarəsinin müdiri-baş mühasib vəzifəsində çalışırdı.
Qeyd edək ki, şirkətin İdarə Heyətinin sədri Raman Kurbanaudur.
Xatırladaq ki, “Xalq Sığorta” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 58.75 milyon manatdır. Şirkətin səhmlərinin 50%-i “İdeal Business Co.” MMC-yə, 50%-i isə “Euro Standard” MMC-yə (“Xalq Bank” ASC-nin 33.85%-lik səhmdarı, “Bank Avrasiya” ASC-nin 37.5%-lik səhmdarı) məxsusdur. (banker.az)