“Xalq Sığorta” şirkətinin ötən ay ərzində avtomobil sığortası üzrə nə qədər ödəniş etdiyi məlum olub.
FED.az xəbər verir ki, “Xalq Sığorta” ASC tərəfindən noyabr ayında avtomobil sığortası üzrə baş vermiş 429 sığorta hadisəsinə 521 min 439 min manat ödəniş edilib.
Eləcə də bax:“Xalq Həyat” sürətlə irəliləyir – BAZAR PAYI ARTIR
Şirkətin bu ilin yanvar-oktyabr aylarında ümumi sığorta ödənişləri 22 milyon 328 min manat təşkil edib. Bu göstərici ötən illə müqayisədə 15 milyon 252 min manat və ya 3,15 dəfə çoxdur.
Ümumi sığorta ödənişlərinə gəlincə isə şirkət bu ilin yanvar-oktyabr aylarında 12 milyon 616 min manat sığorta ödənişi edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9 milyon 844 min manat və ya 78,02% çoxdur.