“Xalq Sığorta” ASC-nin ötən il üzrə olan maliyyə nəticələri açıqlanıb.
“Xalq Sığorta”nın yığımları 23 milyon manatı keçdi - İLLİK 10% ARTIM
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatlarına istinadən xəbər verir ki, şirkət ötən il 30 milyon 885 min manat gəlir əldə edib. Bu, əvvəlki illə müqayisədə 2 milyon 51 min manat (7,1%) artım deməkdir.
Şirkətin əsas əməliyyat gəlirləri 25 milyon 238 min manat, investisiya gəlirləri 3 milyon 633 min manat, digər gəlirləri isə 873 min manat olub.
Hesabat dövründə ASC-nin cəmi xərcləri 216 min manat və ya 0,9% artaraq 25 milyon 90 min manat çatıb. Əsas əməliyyat xərcləri 14,7 milyon manat, işlərin aparılması xərcləri isə 10,4 milyon manat olub.
“Xalq Sığorta” ASC ötən il 6 milyon 503 min manat mənfəət əldə edib. Bu məbləğin 497 min manat mənfəət vergisi ödənilib. Xalis mənfəət 6 milyon 4 min manat təşkil edib. Bu, 2024-cü ildəki göstəricidən 1 milyon 214 min manat və ya 25,3% çoxdur.
2025-ci ildə şirkətin aktivlərinin həcmi 93 milyon 484 min manat təşkil edib. Şirkətin aktivləri bir ildə 4 milyon 465 min manat və ya 5% çoxdur. ASC-nin cəmi öhdəlikləri 140 min manat (0,5%) azalaraq 29 milyon 630 min manata düşüb. Cəmi kapitalı isə 4 milyon 605 min manat (7,8%) artaraq 63 milyon 854 min manata çatıb.











![“Xalq Sığorta”dan 6 milyon manat xalis mənfəət – [red]ŞİRKƏT BÖYÜYÜR - HESABAT[/red] | FED.az](upload/news/small/3260373.jpg)
![“Xalq Sığorta”dan 6 milyon manat xalis mənfəət – [red]ŞİRKƏT BÖYÜYÜR - HESABAT[/red] | FED.az](upload/news/small/3362897.jpg)
![“Xalq Sığorta”dan 6 milyon manat xalis mənfəət – [red]ŞİRKƏT BÖYÜYÜR - HESABAT[/red] | FED.az](upload/news/small/1429483.jpg)
![“Xalq Sığorta”dan 6 milyon manat xalis mənfəət – [red]ŞİRKƏT BÖYÜYÜR - HESABAT[/red] | FED.az](upload/news/small/4518198.jpg)
![“Xalq Sığorta”dan 6 milyon manat xalis mənfəət – [red]ŞİRKƏT BÖYÜYÜR - HESABAT[/red] | FED.az](upload/news/small/4493579.jpg)








