Ölkənin qabaqcıl sığorta şirkətlərindən olan Xalq Sığorta “Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzi” ilə əməkdaşlıq çərçivəsində yeni fərdi tibbi sığorta məhsulu – “Sağlam Yaşa”-nı təqdim edir.
FED.az xəbər verir ki, yeni fərdi tibbi sığorta məhsulu ilə siz özünüz və eyni zamanda ailə üzvlərinizin hər biri üçün ildə cəmi 50 AZN ödəməklə Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzinin təqdim etdiyi tibb müəssisələrindən birində ixtisaslı həkimlər tərəfindən müayinə olunaraq sağlamlığınızın qeydinə qala bilərsiniz.təklif
Tibbi proqrama daxildir:
-Təcili və təxirəsalınmaz tibbi yardım çağırışları,
-Ambulator-poliklinik yardım daxilində:
Terapevt, Pediatr, Ginekoloq, Kardioloq, Endokrinoloq və Oftalmoloq profilləri üzrə ixtisaslı mütəxəssislərin baxışı,
-Qanın ümumi analizi, Abdominal USM, EKQ, Exo-KQ və Rentgen kimi funksional və laborator tədqiqatlar.
Bununla yanaşı bütün digər funksional və laborator müayinələrdə hər müraciət zamanı 10% endirim tətbiq ediləcək.
Xatırladaq ki, 2005-ci ildən fəaliyyət göstərən "Xalq Sığorta" ASC, 58 750 500 manat həcmində nizamnamə kapitalına malikdir. Şirkət, tərəfdaşlar və müştərilər qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirməklə sığorta bazarında yüksək etimad qazanmışdır.
Hazırda fəaliyyətini uğurla davam etdirən “Xalq Sığorta” şirkəti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq lisenziyası əsasında müştərilərə 20-dən çox könüllü və 3 icbari sığorta növünü təklif edir.