Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan "Xalq Sığorta" pandemiya dövründə əməkdaşlarının xüsusi iş qrafikini açıqlayıb.
Bu barədə FED.az saytına şikrətin kadlar üzrə böyük mütəxəssisi Əzizə Cavadova məlumat verib.
Onun sözlərinə görə, koronavirus infeksiyası ilə bağlı Nazirlər Kabinetinin sosial izolyasiya tədbirləri çərçivəsində vermiş olduğu qərarın icrasını təmin etmək məqsədilə, "Xalq Sığorta" karantin dövründə növbəli xüsusi iş rejimi tədbiq edib. Bu səbəbdən şirkətətdə hazırda iş qrafiki saat 11:00-dan 14:00-dəkdir.
Ə.Cavadova bildirib ki, xüsusi iş qrafikinin tələbinə uyğun olaraq işçilərin təxminən 71%-i distant olaraq çalışır. "Mövcud vəziyyət, eləcə də əməkdaşların distant çalışmasına baxmayaraq, "Xalq Sığorta" şirkəti tərəfindən göstərilən sığorta xidmətlərində heç bir məhdudiyyət yaranmayıb. Şirkətimizin göstərdiyi sığorta xidmətlərini onlayn və xüsusi iş qrafikimiz üzrə təmin edirik" - deyə kadrlar idarəsinin əməkdaşı qeyd edib.