Ölkənin qabaqcıl sığorta şirkətlərindən olan Xalq Sığorta ASC və Xalq Həyat ASC-nin Naxçıvan Muxtar Respublikasında yeni nümayəndəliyinin açılışı olub.
FED.az xəbər verir ki, Tural Ələkbərov şirkətin Naxçıvan şəhəri üzrə regional nümayəndəliyinin sədri təyin olunub. Bu gündən etibarən yeni nümayəndəliyin fəaliyyətinə start verilmişdir.
Xatırladaq ki, 2005-ci ildən fəaliyyət göstərən "Xalq Sığorta" ASC, 58 750 500 manat həcmində nizamnamə kapitalına malikdir. Hazırda şirkət 32 nümayəndəlik və 1 filial ilə ölkənin müxtəlif bölgələrində fəaliyyətini uğurla davam etdirir. Şirkət, tərəfdaşlar və müştərilər qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirməklə sığorta bazarında yüksək etimad qazanmışdır.
Hazırda fəaliyyətini uğurla davam etdirən “Xalq Sığorta” şirkəti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq lisenziyası əsasında müştərilərə 20-dən çox könüllü və 3 icbari sığorta növünü təklif edir.