Sığorta bazarının qabaqcıl şirkətlərindən olan “Xalq Sığorta ASC” növbəti dəfə böyük sığorta ödənişi həyata keçirib.
FED.az xəbər verir ki, Xalq Sığorta tərəfindən "Kasko sığortası” növü üzrə sığortalanan “Man TGS 33360” markalı avtomobilin avtoqəzası baş verib. Sürücünün idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşaraq yararsız hala düşmüşdür. Aparılan qiymətləndirmənin nəticəsi olaraq, cari ilin avqust ayında dəymiş zərərlə bağlı müştəriyə yekun olaraq 38 223.75 AZN ödəniş olunmuşdur.
Siz də gözlənilməz hadisələrin vurduğu maddi ziyandan tamamilə sığortalanmaq istəyirsinizsə, vaxt itirmədən əlaqə saxlayın!
Elə indi Kasko sığortası əldə etmək üçün 7/24 xidmət göstərən 183 çağrı mərkəzimiz və ya sosial media hesablarımız vasitəsilə bizə müraciət edin!
Xatırladaq ki, 2005-ci ildən fəaliyyət göstərən "Xalq Sığorta" ASC, 58 750 500 manat həcmində nizamnamə kapitalına malikdir. Şirkət, tərəfdaşlar və müştərilər qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirməklə sığorta bazarında yüksək etimad qazanmışdır.
Hazırda fəaliyyətini uğurla davam etdirən “Xalq Sığorta” şirkəti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq lisenziyası əsasında müştərilərə 20-dən çox könüllü və 3 icbari sığorta növünü təklif edir.