Azərbaycan sığorta bazarının aktiv və aparıcı şirkətlərindən olan “Xalq Sığorta” ASC “Kasko sığortası” növü üzrə may ayında növbəti iri həcmli sığorta ödənişi həyata keçirib.
FED.az xəbər verir ki, “Kasko sığortası” növü üzrə “Xalq Sığorta” ASC tərəfindən sığortalanan “Jeep Grand Cherokee” markalı avtomobilinin cari ilin may ayında avto qəzası baş verib. Sığorta hadisəsi nəticəsində “Jeep Grand Cherokee” markalı avtomobil zədələnmiş və aparılmış qiymətləndirmənin nəticəsi olaraq, dəymiş zərərlə bağlı müştəriyə yekun olaraq 17,149 AZN ödəniş olunmuşdur.
Xatırladaq ki, bazarda kifayət qədər imicli sığorta şirkəti kimi tanınan “Xalq Sığorta” ASC 2005-ci ildən fəaliyyət başlayıb. 58 750 500 manat həcmində nizamnamə kaptalına malik olan şirkət tərəfdaş və müştərilər qarşısında öhdəliklərin vaxtında həyata keçirməklə sığorta bazarında yüksək imic qazanıb. Şirkət satış coğrafiyasını genişləndirməsi nəticəsində ölkənin bütün ərazisində müştərilərin maraqlarının mühafizəsini təmin edə bilir.
Hazırda fəaliyyətini uğurla davam etdirən “Xalq Sığorta” şirkəti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq lisenziyası əsasında müştərilərə 20-dən çox könüllü və 3 icbari sığorta növünü təklif edir.