“Xalq Sığorta” şirkətinin satış departamentinin rəhbəri vəzifəsindən uzaqlaşıb.
FED.az xəbər verir ki, rəhbərliyin qərarı ilə şirkətin satış departamentinin direktoru Emin Abdullayev öz xahişinə əsasən tutduğu vəzifədən azad edilib.
E.Abdullayevi bu vəzifədə vaxtilə “Meqa Sığorta” şirkətinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışmış Eldar Abbaszadə əvəz edib.
Qeyd edək ki, E.Abbaszadə əvvəllər “Qarant Sığorta” və “Paşa Sığorta şirkətlərində də çalışıb.