Sığorta bazarında müştərilərinin kifayət qədər güvənini qazanmış Xalq Sığorta növbəti dəfə böyük sığorta ödənişi həyata keçirib.
FED.az xəbər verir ki, Xalq Sığorta tərəfindən kasko sığorta növü üzrə sığortalanmış "Hyundai Accent" markalı avtomobilin avtoqəzası baş vermişdir. Sığorta hadisəsi səbəbindən avtomobilə dəyən zərər qiymətləndirilmiş, nəticədə zərərçəkənə 9 342 AZN ödəniş edilmişdir.
Avtomobilinizi sığortalamaq və gözlənilməz hadisələrin maddi xərclərindən azad olmaq üçün Xalq Sığortanın 7/24 xidmət göstərən 183 Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları ilə əlaqə yarada bilərsiniz.
Xatırladaq ki, 2005-ci ildən fəaliyyətə başlayan Xalq Sığorta ASC 58 750 500 manat həcmində nizamnamə kapitalına malikdir. Şirkətin yenilikçi siyasəti və müştərilər qarşısındakı öhdəliklərini davamlı formada yerinə yetirməsi sığorta bazarında ona yüksək imic və güvən qazandırmışdır.
Hazırda fəaliyyətini uğurla davam etdirən “Xalq Sığorta” ASC Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq lisenziyası əsasında müştərilərə 20-dən çox könüllü və 3 icbari sığorta növünü təklif edir.