FED.az xəbər verir ki, "Xalq Sığorta" Help Desk vəzifəsi üzrə vakansiya elan edir.
Eləcə də bax: Beynəlxalq Muğam Mərkəzi kompüterlərin və fotoaparat satın alır - TENDER ELANI
İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
İş yeri: Bakı
Namizədə dair tələblər:
- Ali texniki təhsil;
- Müvafiq sahədə minumum 2 il iş təcrübəsi;
- Komandada işləmək bacarığı və məsuliyyətlilik;
- Rus və ingilis dilini bilənə üstünlük veriləcək.
Vəzifə öhdəlikləri:
- Qısa müddət ərzində IT problemi aşkar etmək və aradan qaldırmaq bacarığı;
- Əməliyyat sistemlərinin (Windows 7, 10) və program təminatlarının yazılması, ayarlanması və yaranan problemlərin həll olunması;
- Domen şəbəkəsində istifadəçilərin idarə olunması (Active Directory bilikləri);
- İstifadəçi kompüterlərində və şirkət daxilindəki printer, scanner və bu tip periferik qurğuların ayarlanması və yaranan problemlərin həll olunması;
- Kaspersky antivirus və Firewall proqram təminatı haqqında fundamental biliklər;
- Kompüter şəbəkəsi üzrə nəzəri və praktiki biliklər: (tcp/ip, udp, http, vpn, pptp, l2tp, ipsec, smtp, pop3 və s.);
- Yeni texnologiyaların öyrənilməsi və tətbiqi;
- İT departamentinə texniki problemlərlə bağlı daxil olan zəng və müraciətlərin qəbul olunması, ehtiyac olan dəstəyin göstərilməsi, help desk sistemi ilə iş bacarığı.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Help Desk) qeyd edərək, [email protected] elektron ünvanına göndərilməsi xahiş olunur