Bildiyimiz kimi artıq Gürcüstan Respublikasına səfərlər yalnız səyahət sığortası ilə mümkündür.
FED.az xəbər verir ki, yeni qaydaya əsasən 1 yanvar 2026-cı ildən etibarən Gürcüstan Respublikasına səfər edəcək xarici vətəndaşlar ölkədə qaldıqları müddət ərzində qüvvədə olan sağlamlıq və bədbəxt hadisələrdən sığortaya malik olmalıdırlar. Bu sığorta turizm, işgüzar və ya tranzit məqsədilə Gürcüstan Respublikası ərazisinə daxil olan bütün əcnəbilər üçün vacibdir. Sığorta təminatının minimum məbləği 30 000 gürcü larisi (GEL) təşkil etməlidir. Sığortanın əsas məqsədi isə Gürcüstana gələn turistlərin tibbi risklər, qəza və bədbəxt hadisələr zamanı maliyyə itkilərindən qorunmasını təmin etməkdir.
Xalq Sığorta ASC Gürcüstana səfər edəcək şəxslər üçün səyahət sığortasını daha əlçatan edib. Belə ki, səfər sığortasını https://www.xalqsigorta.az/ saytına keçid edərək asanlıqla əldə etmək mümkündür. Qeyd edək ki, səfər sığortasını onlayn əldə etdikdə ümumi ödənişdə 20% endirim tətbiq olunur.
Ətraflı məlumat üçün Xalq Sığortanın 7/24 xidmət göstərən 183 Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları ilə əlaqə yarada bilərsiniz.
Xatırladaq ki, 2005-ci ildən fəaliyyət göstərən "Xalq Sığorta" ASC, 58 750 500 manat həcmində nizamnamə kapitalına malikdir. Şirkət, tərəfdaşlar və müştərilər qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirməklə sığorta bazarında yüksək etimad qazanmışdır.
Hazırda fəaliyyətini uğurla davam etdirən “Xalq Sığorta” şirkəti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq lisenziyası əsasında müştərilərə 20-dən çox könüllü və 3 icbari sığorta növünü təklif edir.











