“Xalq Sığorta” ASC yanvar ayında avtoqəzaya görə müştərisinin avtomobilinə dəyən zərərin məbləğini tam qarşılayıb.
FED.az xəbər verir ki, "Mitsubishi " markalı avtomobil digər avtomobillə toqquşaraq zədələnmişdir. Sığorta hadisəsi nəticəsində kasko sığortalı avtomobilə dəyən ümumi ziyan hesablanaraq müştəriyə 44.505 AZN ödəniş edilmişdir.
Avtomobilinizi sığortalamaq və gözlənilməz hadisələrin maddi xərclərindən azad olmaq üçün Xalq Sığortanın 7/24 xidmət göstərən 183 Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları ilə əlaqə yarada bilərsiniz.
Xatırladaq ki, 2005-ci ildən fəaliyyət göstərən "Xalq Sığorta" ASC, 58 750 500 manat həcmində nizamnamə kapitalına malikdir. Şirkət, tərəfdaşlar və müştərilər qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirməklə sığorta bazarında yüksək etimad qazanmışdır.
Hazırda fəaliyyətini uğurla davam etdirən “Xalq Sığorta” şirkəti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq lisenziyası əsasında müştərilərə 20-dən çox könüllü və 3 icbari sığorta növünü təklif edir.