Azərbaycanda yeni fəaliyyətə başlayan “Xalq Həyat” sığorta şirkəti müştərilərə təklif etdiyi sığorta məhsulları üzrə toplanan sığorta haqqının həcmini açıqlayıb.
FED.az biznes-maliyyə portalı Azərbaycan Mərkəzi Bankın (AMB) rəsmi hesabatına istinadən xəbər verir ki, 2019-cu ildə “Xalq Həyat”ın yığlmlarının həcmi 977 000 manat təşkil edib.
Qeyd edək ki, “Xalq Həyat” sığorta məhsulların satışına ötən ilin may ayından başlayıb və həmin dövrdən sentyabr ayının sonunadək “Kredit götürən şəxslərin həyat sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növləri üzrə 577 min manat həcmində sığorta haqqı toplayıb.
Həmin dövrlə müqayisədə etsək görərik ki, şirkətin yığımlarının həcmi sürətlə artır. Belə ki, ötən ilin oktyabr ayının 1-i ilə müqayisədə “Xalq Həyat”ın yığımlarında təxminən 70% artım qeydə alınıb.
Xatırladaq ki 27 mart 2019-cu il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Xalq Həyat” Sığorta Şirkəti ASC-yə sığorta fəaliyyətinin həyata keçirilməsinə dair 5 illik lisenziya verilib.