Maliyyə Bazarlarına Nəzarət Palatası sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan namizədlər, müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün attestasiya keçiriləcək.
Bu barədə FED.az Banker.az-a istinadən xəbər verir.
Eləcə də bax: Sığortaçılar üçün attestasiya keçiriləcək - SİYAHI
Həmin informasiyada rəhbər təyinatı üçün nəzərdə tutulan 1 şəxs vardır ki, o da Hüseynov Abdulla Bəylər oğludur. Bu şəxs Azərbaycan bazarına yenicə daxil olmuş “Xalq Həyat” Sığorta Şirkəti ASC tərəfindən təftiş komissiyasına üzv kimi seçilməsinə attestasiyadan keçməsi nəzərdə tutulacaq.
Qeyd edək ki, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 5.6-cı bəndinə əsasən attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.
Palatanın yola saldığımız avqust ayındakı attestasiyada “Ata Sığorta” ASC eyni bu vəzifəyə namizədini irəli sürsə də, nəticə olaraq uğursuz alınmışdı.
Xatırladaq ki, “Xalq Həyat” 2018-ci ildə yaradılmaqla 15 mln. manatlıq kapitalının 100%-i “Xalq Sığorta” ASC-yə məxsusdur.