Azərbaycanda yeni fəaliyyətə başlayan “Xalq Həyat” sığorta şirkəti satış coğrafiyasını genişləndirmək məqsədi ilə ilk nümayəndəliyini açıb.
Şirkətdən FED.AZ biznes-maliyyə portalına verilən məlumata görə, “Xalq Həyat”ın ilk nümayəndəliyi Sumqayıt şəhərində fəaliyyətə başlayıb.
Eləcə də bax: “Xalq Həyat”ın rəhbərliyinə bu şəxs - SEÇİLƏ BİLƏR
Sumqayıt şəhəri, S.Vurğun küçəsi 16/132 ünvanında yerləşən nümayəndəliyin rəhbəri Hüseynov Rəhim Famil oğludur. Nümayəndəliyin açılması xəbərini Maliyyə Bazarlarına Nəzarət Palatası da təsdiqləyib.
Qeyd edək ki, 27 mart 2019-cu il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Xalq Həyat” Sığorta Şirkəti ASC-yə sığorta fəaliyyətinin həyata keçirilməsinə dair 5 illik lisenziya verilib.