Azərbaycanın həyat sığortası bazarının etibarlı və dinamik şirkətlərindən olan “Xalq Həyat” sürətli inkişaf fəaliyyətini uğurla davam etdirir. Şirkət əvvəlki dövrlərdə olduğu kimi 2021-ci ilin yanvar-oktyabr ayları üzrə də bazardakı liderlik mövqeyini yenə də qoruyub saxlayıb.
FED.az Azərbaycan Mərkəzi Bankın (AMB) rəsmi hesabatına istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-oktyabr ayları ərzində “Xalq Həyat”ın peşəkar satış komandası tərəfindən ümumilikdə 5,115 mln. manat həcmində sığorta haqqı toplanılıb.
Şirkətin çevik satış siyasəti nəticəsində yığımların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,109 mln. manat və ya təxminən 70,16% artaraq 5,115 mln. manata çatıb. Şirkətin sığorta ödənişlərinin həcmi isə 2 dəfə artaraq 89 min manat təşkil edib.
Qeyd edək ki, “Xalq Həyat” yığımların artım dinamikasına görə (yanvar-oktyabr 2020 – yanvar-oktyabr 2021 müqayisə) ölkədə fəaliyyət göstərən həyat sığortası şirkətləri sırasında ilk yerdə qərarlaşaraq liderlik nümayiş etdirib. Belə ki, “Xalq Həyat” şirkəti 70,16% artımla “Paşa Həyat” (23,67%), “Qala Həyat” (22,64%) və Atəşgah Həyatı (-0,22%) geridə qoyub.
Xatırladaq ki, 27 mart 2019-cu ildən 5 illik lisenziya əsasında fəaliyyə başlayan “Xalq Həyat” sığorta şirkəti bazara ən sərfəli şərtlərlə könüllü sığorta məhsulları təqdim edən həyat sığortası şirkətidir.
Şirkət müştərilərə bu könüllü məhsulları təklif edir: “Kredit götürən şəxslərin həyat sığortası”, “Həyatın yaşam sığortası”, “Sağalmaz xəstəliklərdən sığorta”, “Fərdi həyat sığortası”, “Qrup halında sığorta” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”.
Əlaqə nömrəsi – 1183