Qısa zamanda çərçivəsində Azərbaycanın həyat sığortası bazarının brend oyunçusuna çevrilən “Xalq Həyat” şirkəti sürətli inkişaf tendesiyasını cari ilin yanvar-avqust aylarında da uğurla davam etdirib.
FED.az-ın Azərbaycan Mərkəzi Bankın sığorta sektoru üzrə açıqladığı rəsmi hesabatına istinadən xəbərinə görə, bu ilin 8 ayında “Xalq Həyat”ın peşəkar satış komandasının çevik və müştəriyönümlü olması nəticəsində şirkətə 5,041 mln. manat həcmində sığorta yığımı daxil olub.
Aparılan araşdırma nəticəsində məlum olub ki, ötən ilin müvafiq müvafiq dövrü ilə müqayisədə şirkətin yığımlarının həcmi 1, 487 mln. manat və ya 41,8% artaraq 5,041 mln. manat çatıb.
Azərbaycan sığorta bazarında müştəri yönümlü bir şirkət kimi tanınan “Xalq Həyat” qeyd olunan hesabat dövründə müxtəlif sığorta hadisələri üzrə zərərçəkmiş müştərilərə 0,213 mln. manat həcmində sığorta ödənişi vermişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqaisədə 2,4 dəfə və ya 0,125 mln. manat çoxdur.
Araşdırma nəticəsində məlum olub ki, şirkət daha bir göstərici üzrə bazarın lokomotivlərindən hesab olunur. Belə ki, “Xalq Həyat” şirkəti yığımların artım dinamikasına görə (yanvar-avqust 2021-yanvar-avqust 2022) ölkədə fəaliyyət göstərən həyat sığortası şirkətləri sırasında ilk yerlərdə qərarlaşaraq liderlik mövqeyi nümayiş etdirib. Bu göstəriciyə nail olmaqla “Xalq Həyat” şirkəti 42% artımla bu rəqiblərini (“Paşa Həyat” (31,7%), “Qala Həyat” (4,65%) və Atəşgah Həyatı (60,7%) geridə qoyub.
Qeyd etməliyik ki, həyat sığortası bazarının 1,5%dən çox paya sahib olan “Xalq Həyat” şirkəti korporativ müştərilərlə yanaşı fərdi müştərilərə bazar şərtlərinə uyğun şəkildə sərfəli sığorta məhsulları təqdim edir. Müştərilərin şirkətə ən çox müraciət etdiyi sığorta növləri sırasına “Kredit götürən şəxslərin həyat sığortası”, “Həyatın yaşam sığortası”, “Sağalmaz xəstəliklərdən sığorta”, “Fərdi həyat sığortası”, “Qrup halında sığorta” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növləri daxildir. Məhz elə şirkətin sağlam sığorta portfeli də sözügedən növlərdən əldə olunan daxilolmalar hesabına formalaşıb.
Xatırladaq ki, 27 mart 2019-cu ildən 5 illik lisenziya əsasında fəaliyyə başlayan “Xalq Həyat” sığorta şirkəti bazara ən sərfəli şərtlərlə könüllü sığorta məhsulları təqdim edən həyat sığortası şirkətidir.
"Xalq Həyat" Azərbaycan sığorta bazarında müştərilərin ən çox etibar etdiyi və müştəri məmnuniyyəti səviyyəsi yüksək olan şirkət kimi tanınır.
Əlaqə nömrəsi – 1183