Azərbaycanın həyat sığortası bazarının tanınmış şirkətlərindən olan “Xalq Həyat” işçilərinin əmək şəraitinin daha da yaxşılaşdırılması məqsədi ilə bu gündən etibarən fəaliyyətini yeni ünvanda davam etdirir.
Şirkətin baş ofisindən FED.az-a verilən məlumata görə, müasir standartlara cavab verən yeni ofis paytaxtın Heydər Əliyev prospekti 106A ünvanında yerləşir. Ofisdə işçilərlə yanaşı müştərilər üçün də rahat və əlverişli şərait yaradılmışdır.
Şirkətdən bildirilib ki, yeni ofisə köçməkdə əsas məqsəd əməkdaşların iş şəraitinin yaxşılaşdırılması ilə yanaşı, müştərilərimizə göstərilə biləcək sığorta xidmətlərinin operativliyini və keyfiyyətini artırmaqdır.
Qeyd edək ki, müştəri məmnuniyyəti səviyyəsinin daha da yüksəldilməsi, eləcə də müştərilərin sığorta xidmdətlərinə ayıracağı vaxtı minimuma endirmək “Xalq Həyat”ın əsas hədəflərindən biridir.
Xatırladaq ki, 27 mart 2019-cu ildən 5 illik lisenziya əsasında fəaliyyə başlayan “Xalq Həyat” sığorta şirkəti bazara ən sərfəli şərtlərlə könüllü sığorta məhsulları təqdim edən həyat sığortası şirkətidir.
Əlaqə nömrəsi – 1183