Azərbaycanda yeni fəaliyyətə başlayan “Xalq Həyat” sığorta şirkəti müştərilərə təklif etdiyi iki sığorta növü üzrə toplanan sığorta haqqının həcmini açıqlayıb.
FED.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) 2019-cu ilin yanvar-oktyabr ayları üzrə açıqladığı rəsmi hesabatında “Xalq Həyat”ın yığlmlarının həcmi 870 500 təşkil edib. Təkcə son bir ay ərzində şirkətin yığımlarının həcmi 51% və ya 294 min manat artım olub. Həmçinin cari ilin oktyabr ayı ərzində şirkətin bazarı 0,5 faiz bəndi artaraq noyabr ayının 1-nə 0,16% olub.
Eləcə də bax:“Xalq Həyat Sığorta”nın rəhbərliyi – AÇIQLANIB
Qeyd edək ki, “Xalq Həyat” sığorta məhsulların satışına cari ilin may ayından başlayıb və həmin dövrdən sentyabr ayının sonunadək “Kredit götürən şəxslərin həyat sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növləri üzrə 577 min manat həcmində sığorta haqqı toplayıb.
Xatırladaq ki, 27 mart 2019-cu il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Xalq Həyat” Sığorta Şirkəti ASC-yə sığorta fəaliyyətinin həyata keçirilməsinə dair 5 illik lisenziya verilib.