Azərbaycanın həyat sığortası bazarının əsas oyunçularından olan “Xalq Həyat” şirkəti cari ilin yanvar üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.
FED.az-ın Azərbaycan Mərkəzi Bankın sığorta sektoru üzrə açıqladığı rəsmi hesabatına istinadən xəbərinə görə, bu ilin ilk ayında (yanvar) “Xalq Həyat”ın peşəkar satış komandasının çevik və müştəriyönümlü olması nəticəsində şirkətə 0,700 mln. manat həcmində sığorta yığımı daxil olub.
Aparılan təhlil nəticəsində məlum olub ki, ötən ilin yanvar ayı ilə müqayisədə şirkətin yığımlarının həcmi 0,092 mln. manat və ya 15,1% artaraq 0,700 mln. manata çatıb.
Azərbaycan sığorta bazarında müştəri yönümlü bir şirkət kimi tanınan “Xalq Həyat” qeyd olunan hesabat dövründə müxtəlif sığorta hadisələrindən zərərçəkmiş müştərilərə də həssaslıq və diqqətlə yanaşmışdır. Belə ki, yanvar ayında şirkət tərəfindən müştərilərə ümumilikdə 0,527 mln. manat həcmində sığorta ödənişi həyata keçirilib.
Həyat sığortası bazarında xüsusi paya sahib olan “Xalq Həyat” şirkəti hesabat dövründə, yəni son bir il ərzində bazardakı mövqeyini də gücləndirib.
Qeyd edək ki, korporativ müştərilərlə yanaşı fərdi müştərilərə bazar şərtlərinə uyğun şəkildə sərfəli sığorta məhsulları təqdim edir. Müştərilərin şirkətə ən çox müraciət etdiyi sığorta növləri sırasına “Kredit götürən şəxslərin həyat sığortası”, “Həyatın yaşam sığortası”, “Sağalmaz xəstəliklərdən sığorta”, “Fərdi həyat sığortası”, “Qrup halında sığorta” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növləri daxildir. Məhz elə şirkətin sağlam sığorta portfeli də sözügedən növlərdən əldə olunan daxilolmalar hesabına formalaşıb.
Xatırladaq ki, 27 mart 2019-cu ildən 5 illik lisenziya əsasında fəaliyyə başlayan “Xalq Həyat” sığorta şirkəti bazara ən sərfəli şərtlərlə könüllü sığorta məhsulları təqdim edən həyat sığortası şirkətidir.
Əlaqə nömrəsi – 1183