Qısa zamanda Azərbaycanın həyat sığortası bazarının aparıcı oyunçusuna çevrilən “Xalq Həyat” şirkəti sürətli inkişaf tendesiyasını cari ilin yanvar-noyabr aylarında da uğurla davam etdirib.
FED.az-ın Azərbaycan Mərkəzi Bankın sığorta sektoru üzrə açıqladığı rəsmi hesabatına istinadən xəbərinə görə, bu ilin 11 ayında “Xalq Həyat”ın peşəkar satış komandasının çevik və müştəriyönümlü olması nəticəsində şirkətə 7,680 mln. manat həcmində sığorta yığımı daxil olub.
Aparılan araşdırma nəticəsində məlum olub ki, ötən ilin müvafiq müvafiq dövrü ilə müayisədə şirkətin yığımlarının həcmi 2,018 mln. manat və ya 35,6% artaraq təxminən 7,7 mln. manata çatıb.
Azərbaycan sığorta bazarında müştəri yönümlü bir şirkət kimi tanınan “Xalq Həyat” qeyd olunan hesabat dövründə müxtəlif sığorta hadisələri üzrə zərərçəkmiş müştərilərə 0,420 mln. manat həcmində sığorta ödənişi vermişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqaisədə 3,4 dəfə və ya 0,298 mln. manat çoxdur.
Həyat sığortası bazarında 2%-dək paya sahib olan “Xalq Həyat” şirkəti korporativ müştərilərlə yanaşı fərdi müştərilərə bazar şərtlərinə uyğun şəkildə sərfəli sığorta məhsulları təqdim edir. Müştərilərin şirkətə ən çox müraciət etdiyi sığorta növləri sırasına “Kredit götürən şəxslərin həyat sığortası”, “Həyatın yaşam sığortası”, “Sağalmaz xəstəliklərdən sığorta”, “Fərdi həyat sığortası”, “Qrup halında sığorta” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növləri daxildir. Məhz elə şirkətin sağlam sığorta portfeli də sözügedən növlərdən əldə olunan daxilolmalar hesabına formalaşıb.
Qeyd edək ki, “Xalq Həyat” şirkəti yığımların artım dinamikasına görə (yanvar-noyabr 2021 – yanvar-noyabr 2022) ölkədə fəaliyyət göstərən həyat sığortası şirkətləri sırasında ilk yerlərdə qərarlaşıb. Bu göstəriciyə nail olmaqla “Xalq Həyat” şirkəti 35,6% artımla bu rəqiblərini - (“Paşa Həyat” (331,8%), “Qala Həyat” (7,7%) və Atəşgah Həyatı (17,1%) geridə qoyub.
Xatırladaq ki, 27 mart 2019-cu ildən 5 illik lisenziya əsasında fəaliyyə başlayan “Xalq Həyat” sığorta şirkəti bazara ən sərfəli şərtlərlə könüllü sığorta məhsulları təqdim edən həyat sığortası şirkətidir.
Əlaqə nömrəsi – 1183