“Xalq Həyat Sığorta” Şirkəti 2026-cı ilin yanvar ayında 887 min manat həcmində sığorta haqqı toplayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, yanvar ayında şirkətin yığımları 2025-ci ilin yanvar ayındakı 844 min manatlıq göstəriciyə nisbətən 43 min manat və ya 5,1% artıb.
Bu dövrdə şirkətin müştərilərinə etdiyi ödənişlərin məbləği isə 520 min manat olub ki, bu da illik müqayisədə 480 min manat və ya 13 dəfəlik artım deməkdir.
Xatırladaq ki, 2025-ci ilin yanvar ayında “Xalq Həyat Sığorta” şirkəti 40 min manat ödəniş etmişdi.













