Azərbaycanın aparıcı həyat sığortası şirkətlərindən olan “Xalq Həyat” Sığorta Şirkəti ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.AZ xəbər verir ki, iclasda səhmdarlar tərəfindən Cəmiyyətin 2025-ci maliyyə ilə üzrə maliyyə hesabatlarının təsdiq edilməsi məsələsi müzakirə ediləcək.
Qeyd edək ki, iclas 19.03.2026-cı il, “Xalq Həyat” Sığorta Şirkəti ASC-nin Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev pr.,164 ünvanında yerləşən baş ofisində keçiriləcək.













