FED.az xəbər verrir ki, “Xalq Həyat” Sığorta Şirkəti Təkrarsığorta və anderraytinq, Banklarla iş, Əməliyyat, Fərdi satış, Mühasibatlıq, Korporativ satış şöbələrinə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiyalar elan edir.
Eləcə də bax: “Kristal Abşeron” işçi axtarır - VAKANSİYA
1. Vəzifə: Təkrarsığorta və anderraytinq şöbəsinə kiçik mütəxəssis/mütəxəssis
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri, İnşaatçılar pr.,22 L.
Öhdəliklər:
• Cari risklərin qiymətləndirilməsində, sorğunun aparılmasında, sığorta şərtlərinin və tarifin müəyyən edilməsində və təkliflərin hazırlanmasında iştirak;
• Sığorta hadisəsinin baş verməsi ehtimalına təsir göstərə biləcək faktorların aşkar edilməsi və bu iş üzrə müvafiq hesabatların və kommunikasiyanın aparılması;
• Anderraytinq və təkrarsığorta proseslərinə aid sənədləşmə bazasının tərtib edilməsi və daimi əsaslarla onun təkmilləşdirilməsi və nəzərət edilməsi;
• Təkrarsığortaya ehtiyac yarandıqda məlumatların və sənədlərin Təkrarsığorta və anderraytinq şöbəsinə təqdim edilməsi və nəticəyə əsasən birbaşa rəhbəri ilə razılaşdırılmış sığorta şərtlərinin və tariflərinin müəyyən edilməsi;
• Tibbi sənədlərin, həkim rəyinin təhlil edilməsi və tərcümə olunması;
• Şöbədə aparılan işlər üzrə hesabatların hazırlanması;
• Birbaşa müdirin göstərişinə əsasən digər vəzifələrin həyata keçirilməsi.
Tələblər:
• Anderraytinq və ya həkim sahəsində minimum 2 il iş təcrübəsi;
• Tibbi və ya iqtisadiyyat üzrə bakalavr təhsili (magistr təhsili üstünlükdür);
• Azərbaycan və rus dillərində sərbəst, ingilis dilində yaxşı səviyyədə danışıq qabiliyyəti;
• Microsoft Office proqram təminatı üzrə yüksək səviyyədə işləmək bacarığı;
• Həkim kimi təcrübəsi (minimal 2 il) olanlara üstünlük verilir;
Fərdi keyfiyyət tələbləri:
Yüksək analitik düşünmə qabiliyyəti, məsuliyyətlilik və icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönlülük, nəticəyə meyillilik bacarığı, məlumat toplamaq və təhlil etmək bacarığı, danışıqlar aparmaq, dinləmə, məlumatın düzgün ötürülmə bacarıqları, yazı qabiliyyəti, konfliktlərin və stressin idarə edilməsi, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmək bacarığı, özünütəkmilləşdirmə bacarığı, təşəbbüskarlıq və yenilikçilik bacarığı.
CV-lərinizi, mövzu hissəsində “Təkrarsığorta və anderraytinq şöbəsinə kiçik mütəxəssis/mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.
2. Vəzifə: Banklarla iş şöbəsinə kiçik mütəxəssis/mütəxəssis
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri, İnşaatçılar pr.,22 L.
Öhdəliklər
• Şirkətə yeni bank müştərilərinin cəlb olunmasını təmin etmək;
• Banklarla görüşlər keçirmək;
• İT platformanın banklarda təqdimatını etmək;
• Müqavilələri müştərilərə çatdırmaq;
• Mövcud bank müştəriləri ilə əlaqələri genişləndirmək;
• Cari portfel üzrə həftəlik və aylıq hesabatları hazırlamaq;
• Müştərilərin problemlərini operativ şəkildə aradan qaldırmaq;
• Şirkətə aid müqavilə nüsxələrini banklardan yığmaq;
• Bank vasitəsilə sığorta bazarının təhlilini aparmaq;
• İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək .
Tələblər
• Ali təhsil;
• Ms Office proqramında orta istifadəçi səviyyəsində işləmək bacarığı;
• Sığorta sahəsində 2 il iş təcrübəsi (satış üzrə);
• Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti ( ingilis dili arzu olunandır).
CV-lərinizi, mövzu hissəsində “Banklarla iş şöbəsinə kiçik mütəxəssis/mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.
3. Vəzifə: Əməliyyat şöbəsinə kiçik mütəxəssis/ mütəxəssis
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri, İnşaatçılar pr.,22 L.
Öhdəliklər:
• Cari sorğular üzrə müqavilələrin, hesabın və digər sənədlərin hazırlanmasında və dəqiqliklə yoxlanılmasında iştirak;
• Sənədlərin və müqavilə nüsxələrinin arxivləşdirilməsi;
• Məlumat bazasına məlumat daxil etməklə müqavilələr üzrə məlumatların işlənilməsi;
• Şöbənin proseslərinə aid sənədləşmə bazasının tərtib edilməsi və daimi əsaslarla onun təkmilləşdirilməsi və nəzərət edilməsi;
• Şöbədə aparılan işlər üzrə hesabatların hazırlanması;
• Birbaşa müdirin göstərişinə əsasən digər vəzifələrin həyata keçirilməsi.
Tələblər:
• Ali təhsil;
• Sığorta sahəsində minimum 2 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst, rus və ingilis dilində yaxşı səviyyədə danışıq qabiliyyəti;
• Microsoft Office proqram təminatı üzrə yüksək səviyyədə işləmək bacarığı;
Fərdi keyfiyyət tələbləri:
Yüksək analitik düşünmə qabiliyyəti, məsuliyyətlilik və icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönlülük, nəticəyə meyillilik bacarığı, məlumat toplamaq və təhlil etmək bacarığı, danışıqlar aparmaq, dinləmə, məlumatın düzgün ötürülmə bacarıqları, yazı qabiliyyəti, konfliktlərin və stressin idarə edilməsi, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmək bacarığı, özünütəkmilləşdirmə bacarığı, təşəbbüskarlıq və yenilikçilik bacarığı.
CV-lərinizi, mövzu hissəsində “Əməliyyat şöbəsinə kiçik mütəxəssis/mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.
4. Vəzifə: Fərdi satış şöbəsinə kiçik mütəxəssis/mütəxəssis
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri, İnşaatçılar pr.,22 L.
Öhdəliklər
• Mövcud fərdi müştərilərlə əlaqələri genişləndirmək;
• Yeni fərdi müştərilərin cəlb olunmasını təmin etmək;
• Müqavilələrin hazırlanmasını təmin etmək və müştərilərə təqdim etmək;
• Debitorlarla işə və onların ödənişinə nəzarət etmək;
• Fərdi satışların həcminin artırılması üzrə işləri təşkil etmək;
• Fərdi Sığorta bazarını izləmək və təhlilini aparmaq;
• Ümumi müştəri bazası üzrə həftəlik və aylıq hesabatları hazırlamaq;
• İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək .
Tələblər
• Ali təhsil;
• Ms Office proqramında orta istifadəçi səviyyəsində işləmək bacarığı;
• Sığorta sahəsində 2 il iş təcrübəsi (satış üzrə);
• Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti ( ingilis dili arzu olunandır).
CV-lərinizi, mövzu hissəsində “Fərdi satış şöbəsinə kiçik mütəxəssis/mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.
5. Vəzifə: Mühasibatlıq şöbəsinə kiçik mütəxəssis
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri, İnşaatçılar pr.,22 L.
Öhdəliklər
• Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
• Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat hesabatlarında əks etdirilməsi;
• Müştərilər tərəfindən edilən ödənişlərin uçotu və gündəlik nəzarət edilməsi;
• Bank, kassa əməliyyatlarının uçotu;
• Borcların ödənilməsinə dair hesabatların hazırlanması;
• Mədaxil - məxaric orderlərinin aparılması;
• İşçilərin əmək haqlarının normativ sənədlər əsasında ödənilməsini təmin edmək;
• Rəhbərlik tərəfindən verilən əlavə xidməti tapşırıqların yerinə yetirilməsi.
Tələblər
• Xüsusi tələblər: stressə davamlılıq, detallara qarşı diqqətlilik, analitik düşüncə tərzi, müxtəlif tipli insanlarla rahat ünsiyyət yaratmaq qabiliyyəti, problemlərin müstəqil həll edə bilmə bacarığı
• Təhsil: Ali
• Əlaqəli sahədə minimum 2 il iş təcrübəsi
• Azərbaycan dilində sərbəst, rus yaxşı səviyyədə danışıq qabiliyyəti;
• Mükəmməl Excell, Word , Outlook bilikləri
• Məsuliyyətli, operativ, dəqiq və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
• İqtisadiyyat, maliyyə və bənzər sahələr üzrə ali təhsil.
CV-lərinizi, mövzu hissəsində “Mühasibatlıq şöbəsinə kiçik mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.
6. Vəzifə: Korporativ satış şöbəsinə kiçik mütəxəssis/mütəxəssis
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri, İnşaatçılar pr.,22 L.
Öhdəliklər
• Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
• Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;
• Sığorta qaydaları haqqında müştərin dəqiq məlumat almasında ona köməklik göstərmək;
• Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək ;
• Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq.
• İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək .
Tələblər
• Ali təhsil;
• MS Office proqramlarında işləmək bacarığı;
• Sığorta sahəsində minimum 2 il iş təcrübəsi (satış üzrə);
• Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti ( ingilis dili arzu olunandır).
CV-lərinizi, mövzu hissəsində “Korporativ satış şöbəsinə kiçik mütəxəssis/mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.