Azərbaycanın aparıcı həyat sığortası şirkəti olan “Xalq Həyat” Sığorta Şirkəti ASC ipoteka sığortası üzrə növbəti iri həcmli ödənişini verib.
FED.AZ xəbər verir ki, “İpoteka krediti götürən şəxslərin həyat sığortası” növü üzrə baş vermiş sığorta hadisəsi nəticəsində “Xalq Həyat” sığorta şirkəti tərəfindən 42 365.63 AZN məbləğində vəsait ödənilib.
Xatırladaq ki, “Xalq Həyat” Sığorta Şirkəti ASC-yə 15 mart 2019-cu il tarixində fəaliyyətinin həyata keçirilməsinə dair 5 illik lisenziya verilib. Həyat sığortası sahəsində həm icbari həm də könüllü sığorta növü üzrə məhsullar təklif edən şirkət 15 milyon manat nizamnamə kapitalına malikdir. Azərbaycan sığorta bazarında müştəri yönümlü bir şirkət kimi tanınan “Xalq Həyat” Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu, “Azərbaycan Sığortaçılar Assosiasiyası” və “İcbari Sığorta Bürosu”nun aktiv üzvlərindəndir. Şirkətin təqdim etdiyi sığorta növləri sırasına “Kredit götürən şəxslərin həyat sığortası”, “Həyatın yaşam sığortası”, “Sağalmaz xəstəliklərdən sığorta”, “Fərdi həyat sığortası”, “Qrup halında sığorta” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növləri daxildir.







![“Xalq Həyat” ipoteka sığortası üzrə 42 min manatdan çox - [red]ÖDƏNİŞ ETDİ[/red] | FED.az](upload/news/small/1718724.png)
![“Xalq Həyat” ipoteka sığortası üzrə 42 min manatdan çox - [red]ÖDƏNİŞ ETDİ[/red] | FED.az](upload/news/small/4380486.png)








