Azərbaycanın sığorta bazarında tez bir zamanda müştərilərinin etibarını qazanmış “Xalq Həyat” sığorta şirkəti əvvəlki hesabat dövrlərində olduğu kimi 2021-ci ilin yanvar-mart ayları üzrə də bazardakı lider mövqeyini qoruyub saxlaya bilib.
FED.az Azərbaycan Mərkəzi Bankın (AMB) rəsmi hesabatına istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-mart ayı üzrə “Xalq Həyat”ın yığlmlarının həcmi 1,209 mln. manat təşkil edib. Şirkətin çevik və peşəkar komandasının uğurlu fəaliyyəti nəticəsində yığımların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,734 mln. manat və ya təxminən 2,5 dəfə artaraq 1,209 mln. manat həddini keçmişdir.
Qeyd edək ki, “Xalq Həyat” yığımların artım dinamikasına görə (yanvar-mart 2020 – yanvar-mart 2021 müqayisə) ölkədə fəaliyyət göstərən sığorta şirkətləri sırasında ilk yerdə qərarlaşaraq liderlik nümayiş etdirib.
Xatırladaq ki, “Xalq Həyat” sığorta şirkəti bazara ən sərfəli şərtlərlə könüllü sığorta məhsulları təqdim edən həyat sığortası şirkətidir. Şirkət müştərilərə bu könüllü məhsulları təklif edir: “Kredit götürən şəxslərin həyat sığortası”, “Həyatın yaşam sığortası”, “Sağalmaz xəstəliklərdən sığorta”, “Fərdi həyat sığortası”, “Qrup halında sığorta” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”.
27 mart 2019-cu il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Xalq Həyat” Sığorta Şirkəti ASC-yə sığorta fəaliyyətinin həyata keçirilməsinə dair 5 illik lisenziya verilib.