FED.az biznes-maliyyə portalı “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti ilə birgə “Filiallarımızı siz də tanıyın” adlı uzunmüddətli layihəsi uğurla davam etdir. Layihənin növbəti müsahibi “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinin Neftçala rayon filialının rəhəri Manaflı Vüsal Balabəy oğludur.
- Vüsal müəllim, özünüz haqqında, o cümlədən təhsiliniz və iş təcrübəniz qısa məlumat vermənizi xahiş edirik .
- Mən Manaflı Vüsal Balabəy oğlu 1986-cı ildə Neftçala rayonunda anadan olmuşam. Azərbaycan Dövlət Pedoqoji Universitetinin məzunuyam. 2012-ci ilə qədər müxtəlif idarə və müəssisələrdə çalışmışam. 2012-ci il 10 may tarixindən Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətində Neftçala rayon filialında aparıcı mütəxəssis vəzifəsində işə başlamışam. 2013-cü ilin iyul ayından Şirkətin Neftçala rayon filialının direktor vəzifəsini icra edirəm.
- Neftçala filialı nə vaxtdan fəaliyyət göstərir (işçi sayı, göstərdiyi xidmətlər) və region əhalisinə daha çox hansı məhsullar təqdim edilir?
- Dövlət Sığorta Şirkətinin Neftçala rayon filialında hazırda 3 əməkdaş çalışır ki, bunlar da direktor, baş mühasib və mütəxəssis vəzifələrində çalışan işçilərdir. Biz filial olaraq Şirkətimizin əsasnaməsinə və sığorta qanunvericiliyinə uyğun şəkildə fəaliyyətimizi davam etdiririk. Heç kimə sirr deyil ki, ölkəmiz üzrə sığorta bazarının ən böyük pay sahiblərindən biri, əsas lokomativi, köklü tarixə malik və ilk sığorta şirkəti Dövlət Sığorta Şitkəti hesab olunur. Şirkətimiz və filialları olaraq, bizlər də ölkənin sığorta qanunvericiliyinə uyğun şəkildə icazə verilən, lisenziyası əldə edilmiş sığorta məhsullarını vətəndaşlara təqdim edirik. Bura həm icbari növ sığorta məhsulları, həm də könüllü növ sığorta məhsulları daxildir.
- Regionda əhali tərəfindən hansı sığorta məhsuluna üstünlük verilir, yəni müştəriləriniz nümayəndəliyinizə daha çox hansı məhsulla bağlı müraciət edir?
- Apardığımız maarifləndirmə, sığorta növlərinin təbliğatı nəticəsində artıq vətəndaşlar standart sığorta növlərindən (Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, yaşıl kart, Daşınmaz əmlakın icbari sığortası nəzərdə tutulur) başqa kasko sığorta növlərinə, fərdi qəza sığortası, fiziki şəxslərə məxsus əmlakın sığortası, əmlakın yanğın və digər əlavə risklərdən sığortası, səyahət sığortası, fiziki şəxslərə məxsus kənd təsərrüfatı heyvanlarının sığortası növləri ilə maraqlanaraq filialımıza müraciət edirlər.
- Əmlakın icbari sığortası ilə bağlı region əhalisi arasında hansı təbliğat təşviqat işləri görülür. Ümumiyyətlə, bu sığorta növü üzrə yığımların artırılması istiqamətində filial tərəfindən hansı addımlar atılır?
- Ötən illərdə ”Daşınmaz əmlakın icbari sığortası” növü ilə bağlı apardığımız maarifləndirmə tədbirləri də artıq öz müsbət nəticəsini verir. Belə ki, biz rayonun yerli mətbu orqanında mütəmadi olaraq məqalələr dərc edirik, bukletlər paylanılır, icazə verilən nəzərə çarpacaq yerlərdə məlumatlandırıcı xarakterli reklam lövhələri asılır. Həmçinin Neftçala rayonunda şəhər, kənd, qəsəbə inzibati ərazi nümayəndəliklərində vətəndaşlar ilə mütəmadi olaraq görüşlər keçirirlir. Əlbəttə bu işdə bizə ən böyük dəstəyi ilk öncə Şirkətimizlə yanaşı, rayon icra hakimiyyətinin səlahiyyətli nümayəndələri edirdilər. Lakin son bir ildə pandemiya ilə əlaqədar olaraq artıq vətəndaşlarla görüşlər keçirilməsi təxirə salınıb. Bunun əvəzində isə yerli mətbu orqanında daha çox məlumatlandırıcı məqalələr dərc edir, sosial şəbəkələrdən istifadə edərək təbliğatımızı bu şəkildə qururuq. Xüsusilə qeyd etmək etmək istəyirəm ki, baş vermiş sığorta hadisələrində hadisə yerinə daha operativ çatmağımız, artıq sənədləşmə, sənəd toplama kimi prosedurlardan vətəndaşları xilas etmiş oluruq. Bu isə öz növbəsində vətəndaşların sığprtaya olan inam və güvənini artırır. Bütün hallarda sığorta hadisələrinə operativ və obyektiv yanaşma, zərərçəkmiş vətəndaşın mənafelərinin qorunması və nəzərə alınması hər zaman sığorta şirkətinə inamı artırmışdır. Çünki, həmin zərərçəkmiş vətəndaşlar da ətrafındakı şəxslərə, yaxınlarına sığortalı olmağın onların həyatında nə qədər vacib olduğunu aşılayır, bizlərə yeni sığorta müştəriləri yönləndirirlər. Bizim üçün çox sevindirci haldır ki, şirkətin düzgün strategiyası nticəsində hər il əmlakın icbari sığortası növü üzrə sığorta yığımı ötən illərə nisbətən nəzərə çarpacaq dərəcədə artır.
- Bildiyimi kimi, artıq Dövlət Sığorta Şirkəti ölkədə müştərisinə sığorta ödənişini operativ qaydada ödəyən şirkət kimi tanınır. Bilmək istərdik ki, filial olaraq daha çox hansı növlər üzrə sığorta hadisləri baş verir?
- Şirkətimizin işi göz önündədir. Geniş filial şəbəkəsinə, təcrübəli işçi heyətinə sahib olması bizi hər zaman sığorta sektorunda daha fərqli edir. Regionlarda görəcəyimiz işlər əlbəttə bilirik ki, həm də Şirkətimizin adıdır. Sığorta növlərindən daha çox sığorta hadisələri baş verən sahələr Nəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası, əmlakın icbari sığortası,avto kasko hadissələridir.
Mən xüsusilə müstəqilliyimiz dövründə tariximizin ən şərəfli səhifələrindən, hadiələrindən birinə toxunmaq istəyirəm. 90-ci illərin əvvələrində hakimiyyət, vəzifə uğrunda bəzi qrupların dövlətçiliyimizi gələcəyimizi düşünmədən apardıqları mübarizə bizim torpaqlarımızın mənfur, insanlıq canisi erməni quldurları tərəfindən ərazilərimizin bir hissəsinin işğalı ilə nəticələndi. 30 illlik həsrətimizə Ali Baş Komandanimizin başçılığı altında bizim Şanlı, Müzəffər ordumuz son qoyaraq əzəli torpaqlarımızı geri qaytardı, ərazi bütövlüyümüz bərpa olundu. Dəmir yumruqla mənfur düşmənimiz, Xocalı soyqırımının səbəbkarları, ermənilər əzilərək məhv edildi. Bu haqq savaşımızda vətən üçün şəhidlik zirvəsinə ucalan neçə-neçə vətəndaşlarımız, sağlamlığını itirən qazilərimiz oldu. Biz onlara bir ömür borcluyuq.
Dövləti Sığorta Şirkəti və filialların üzərinə o dövrdə daha çəx məsuliyyət düşdü. Bu tək vəzifə məsuliyyəti, vəzifə borcu yox, həmdə mənəvi borc, bir vicdani borc idi. Həmin dövrdə Şirkət rəhbərliyinin tapşırığı və təlimatı əsasında həftə içi hər gün, altı və bazar günləri də daxil növbəlilik əsasında çalışırdıq. Çünki “Hərbi qulluqçuların icbari şəxsi sığortası” növü üzrə yaralananların, xəsarət alanların, həlak olanların vərəsələrinə sığorta ödənişinin edilməsi üçün ehtiyac olan sənədlərin vaxtında toplanmasında, Şirkətə göndərilməsində var gücümüzlə çalışdıq. Mütəmadi olaraq Şəhid ailələri, qazi və yaralılarımız ziyarət edilir, ehtiyac olan sənədlərin toplanmasında köməklik edirdik. Bu gündə filial olaraq Şəhid ailələrimzə baş çəkirik, qazilərimizi vətən müharibəsi iştirakçılarını diqqətdə saxlayırıq.
- Müsahibə üçün təşəkkür edirik
- Mən də təşəkkür edirəm, FED.az kollektivinə uğurlar arzulayıram.