FED.az biznes maliyyə portalı öz oxucuları üçün daimi olaraq onlayn formada maraqlı sorğular keçirir. Belə sorğulardan sonuncusu “Həyat sığortanızı bu şirkətlərdən hansına etbar edərdiniz” mövzusuna aid olub.
FED.az-ın onlayn səsvermə qaydasında elan etdiyi sorğusunun nəticələrinə görə, vətəndaşların etibar etdikləri həyat sığortası şirkətləri sırasında ilk üçlükdə “Xalq Həyat”, “Qala Həyat” və “Atəşgah Həyat” sığorta şirkətləri olub.
On gün davam edən onlayn səsvermə sorğusunda 15 249 respondent iştirak edib.
Beş həyat sığortası şirkəti ilə bağlı elan edilimiş sorğunun nəticələrinə görə, vətəndaşlar daha çox 46,84%-lə “Xalq Həyat”a və 42,69%-lə “Qala Həyat” şirkətinə səs veriblər.
Səsvermədə növbəti yerləri “Atəşgah həyat” (5,56%), “Meqa Həyat” (3,27%) və Paşa Həyat (1,63%) tutub.