Ölkənin aparıcı sığorta şirkəti olan “PAŞA Sığorta” 3 əmlak sığortası hadisəsi üzrə müştərilərinə ümumilikdə 51 259 manat məbləğində ödəniş edib.
FED.AZ xəbər verir ki, hadisələrin birində güclü külək nəticəsində hündür mərtəbəli binanın döşəmədən tavana qədər olan böyük şüşəsi çatlamışdır. Baş vermiş hadisə nəticəsində 20 827 manatlıq zərər qarşılanmışdır. Digər hadisə isə dövlət müəssisəsinin bölgədə yerləşən ehtiyat mərkəzində yaşanıb. Həssas cihazının zədələnməsi 15 600 manatlıq məbləğdə zərərə səbəb olmuşdur. Üçüncü hadisədə isə evdə baş vermiş yanğın nəticəsində yaranmış 14 832 manatlıq zərər də şirkət tərəfindən ödənilib.
Gördüyünüz kimi əmlaka qayğı yalnız texniki baxış və təhlükəsizlik tədbirləri ilə məhdudlaşmamalıdır. Gözlənilməz hadisələrə qarşı əvvəlcədən maliyyə hazırlığı da vacibdir. Əmlakın sığortalanması belə hallarda yaranan böyük və planlaşdırılmamış xərclərin qarşılanmasına kömək edə bilər.
Evinizi və ya digər əmlakınızı sığortalamaq çox asandır. Sadəcə “PAŞA Sığorta”nın rəsmi VEB-SAYTINA və ya rəsmi Instagram səhifəsinə müraciət edin.














