2024-cü ilin yanvar-mart ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 104 milyon manat və ya 8,6 faiz artım qeydə alınıb.
Bu barədə FED.az-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,4 milyon manat və ya 6,1 faiz, qeyri-büdcə təşkilatları üzrə isə 100 milyon manat və ya 13,1 faiz artımla olub.