Türkiyənin aparıcı sığorta şirkətlərindən biri Azərbaycan sığorta bazarına daxil olmağa hazırlaşır. Söhbət "Türkiye Sigorta ve Türkiye Hayat Emeklilik" şirkətindən gedir.
Bu barədə FED.az-a şirkətin korporativ kommunikasiyalar departamentindən məlumat verilib.
Eləcə də bax: Bakı və İstanbul fond birjaları əməliyyat sistemlərini - İNTEQRASİYA EDƏCƏK
Məlumata görə, şirkət Azərbaycan sığorta bazarına daxil olmaqla bağlı qərar verib. Məsələ ilə bağlı Azərbaycan Sığortaçılar Asossasiyasına (ASA) müraciət edilib: "Türkiye Sigorta ve Türkiye Hayat Emeklilik" şirkətinin İdarə Heyətinin sədri Atilla Benli ilə ASA arasında görüş keçirilib və hazırda bu istiqamətdə müzakirələr davam etdirilir”.
Ümumilikdə sığorta şirkətinin gələn ilin ortasından etibarən Azərbaycanda fəaliyyətə başlaya biləcəyi bildirilib.
Qeyd edək ki, "Türkiye Sigorta ve Türkiye Hayat Emeklilik" Türkiyədə 38 filialı, 3500 sığorta agenti, 5000 bank şöbəsi və 12 milyon müştərisi olan sektorun aparıcı oyunçularından biridir.
Sığorta şirkətinin əsas səhmdarı “TVF Finansal Yatırımlar Anonim Şirketi”dir.