Türkiyənin Təbii Fəlakətlərdən Sığorta Agentliyindən verilən məlumata görə ölkədəki binaların 51 faizi zəlzələyə qarşı sığortalanıb.
FED.az xəbər verir ki, məlumata görə İstanbulda bu göstərici 60 faiz təşkil edir.
Qeyd edək ki, 1999-cu ildə Türkiyədə baş vermiş zəlzələ zamanı ölkədə təxminən 500 min sığortalı ev var idi. Hazırda isə bu rəqəm 9 milyondan çoxdur.