Türkiyənin sığorta və təkrarsığorta sahəsində fəaliyyət göstərən "T-Rupt Teknoloji" Anonim Şirkəti "Ketnot" adlı məhsulunu Azərbaycan bazarına çıxarmaq istəyir.
"Turkiyənin zəlzələ risklərinin modelləşməsi ilə məşğul olan şirkəti ilə əməkdaşlığa başlamışıq"
FED.az xəbər verir ki, bunu şirkətin İdarə Heyətinin sədri Selva Ərən bildirib.
"Hazırda biz Azərbaycanda kənd təsərrüfatı sığortası sisteminə dəstək veririk, eləcə də "AzRe Təkrarsığorta" ASC ilə əməkdaşlıq edirik. Bu gün Azərbaycana səfər etməyimizin məqsədi isə "Ketnot" adlı məhsulumuzu İcbari Sığorta Bürosu vasitəsilə Azərbaycan sığorta şirkətlərinin istifadəsinə verməkdir. Bu bir növ texnologiya transferidir. Bu məhsulumuzu ötən il 6 fevral zəlzələsi zamanı istifadə etmişik. Sığortanın təməli modelləşdirmədir. "Ketnot" böyük bir zəlzələ zamanı mümkün itkiləri hesablamağa kömək edir, həm sığorta sektoru, həm də ölkə üçün çox mühümdür. Çünki onun əsasında risklərinizi idarə edə, qabaqlayıcı tədbirlər görə bilərsiniz", - deyə o qeyd edib. (Report)