Bu gün “Qala Həyat” Sığorta Şirkətinin Baş mühasibi Tural Həsənəliyevin doğum günüdür. 25 sentyabr tarixində Tural Həsənəliyevin 34 yaşı tamam olur.
FED.az komandası fürsətdən istifadə edərək Tural müəllimi təbrik edir, ona işlərində uğurlar arzulayır.
Qeyd edək ki, T.Həsənəliyev 25 sentyabr 1984-cü ildə Bakı şəhərində anadan olub. Sığorta sektorunda peşəkar kadr kimi tanınan T.Həsənəliyev Azərbaycan Dövlət İqtisad Universitetini magistr dərəcəsi ilə bitirib. Yerli təlimlərlə yanaşı, bir çox xarici ölkələrdə tanınmış beynəlxalq təşkilatların keçirdiyi təlimlərin iştirakçısı olub. Həmçinin maliyyə hesabatlılığı üzrə beynəlxalq CIMA (CO2 Financial Accounting) imtahanından uğurla keçib.
O, peşəkar iş fəaliyyətinə 2007-ci ildən başlayıb və bir çox tanınmış maliyyə və aparıcı sığorta şirkətlərində mühasib və Baş mühasib vəzifələrində çalışıb.
T.Həsənəliyev 2018-ci ildən “Qala Həyat” sığorta şirkətində çalışır. O, hazırda “Qala Həyat”ın Baş mühasibi vəzifəsini icra edir.
Tural Həsənəliyev üçün - ÖZƏL GÜN
10:21
25 Sen 2018