Milli Məclisin bugünkü iclasında “Tibbi sığorta haqqında” qanuna dəyişikliklər müzakirə olunub.
FED.az xəbər verir ki, təkliflərdə qeyd edilib ki, koronavirus pandemiyasına görə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, digər qurumların, habelə ölkə üzrə tibb işçilərinin əsas fəaliyyət istiqaməti bu virusa yönəldiyi üçün icbari tibbi sığortanın tətbiqində çətinliklər yaranıb.
Eləcə də bax: Benzin və maye qazdan icbari tibbi sığorta haqlarının tutulması - TƏXİRƏ SALINDI
Parlamentin qəbul etdiyi qərarla icbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla 2021-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunur.
Bundan öncə bu prosesin 2020-ci ildə başa çatması nəzərdə tutulmuşdu.
Bundan başqa, əməkhaqqının 8000 manatdək hissəsindən ödənilən sığorta haqqının məbləğinə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə 2022-ci ilin yanvarın 1-dək 50 faiz güzəşt tətbiq ediləcək.
Qafqazinfo