2021-ci ilin yanvar-avqust ayları ərzində Azəraycanda fəaliyyət göstərən sığorta şirkətləri könüllü tibbi sığorta üzrə 75 milyon 355 min manat sığorta haqqı toplanıb.
Eləcə də bax: Azərbaycanda həyat sığortası bazarı - 21% Böyüyüb
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatına görə, bu sığorta üzrə yığımların həcmində keçən ilin eyni dövrü ilə müqayisədə azalma 1.8%-ə yüksəlib.
Şirkətlər tərəfindən tibbi sığortalar üzrə hesabat dövründə 52 milyon 394 min manat həcmində ödəniş həyata keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20% artıb.