Azərbaycanda tibbi sığorta üzrə yığımlar azalsa da, ödənişlərdə artımlar var.
FED.az 2018-ci ilin yanvar-avqust aylarının göstəricilərinə istinadən xəbər verir ki, bu dövrdə tibbi sığorta üzrə yığımlar 62 mln 536 min manat, ödənişlər isə 40 mln 552 min manat olub. 2017-ci ildə isə tibbi sığorta üzrə sığorta yığımları 62 mln 634 min manat, ödənişlər 38 mln 343 min manat təşkil etmişdi.
Başqa sözlə, bu il tibbi sığorta üzrə yığımlar ötən ilin müvafiq dövrü ilə müqayisə də 0,15% azalıb, ödənişlər isə 5,76% artıb.
Nəticədə, əgər 2017-ci ildə toplanan hər 100 manat sığorta haqqına görə 61 manat ödənilmişdisə, bu il həmin göstərici 65 manata yüksəlib.