Azərbaycanda tibbi sığorta üzrə toplanan sığorta haqları artıb, ödənişlər isə azalıb.
FED.az-ın Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına istinadən xəbər verir ki, 2019-cu ilin ilk 5 ayında könüllü tibbi sığorta üzrə 63 milyon 773 min manat sığorta haqları toplanıb, 22 milyon 576 min manat sığorta ödənişləri həyata keçirilib.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin ilk 5 ayı ərzində tibbi sığorta üzrə 53 milyon 221 min manat sığorta haqları toplanmış, 26 milyon 381 min manat sığorta ödənişləri həyata keçirilmişdi. Beləliklə, ötən ilin yanvar-may dövrü ilə müqayisədə 2019-cu ilin yanvar - may dövründə toplanan sığorta haqları 10 milyon 552 min manat və ya 19,8% artıb, sığorta ödənişləri isə 3 milyon 805 min manat və ya 14,4% azalıb.