"PAŞA Sığorta" və "AxaMbask Sığorta" Mərkəzi Bankın elan etdiyi tenderin qalibi olublar.
FED.az xəbər verir ki, Bu barədə Mərkəzi Bankdan bildirilib.
"Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin (CASCO) sığortası üzrə elan edilmiş açıq tenderdə əsas vəsaitlərin və nağd pulun sığortası üzrə "PAŞA Sığorta" ASC, nəqliyyat vasitələrinin sığortası üzrə isə "AxaMbask Sığorta" ASC qalib elan edilmişdir. Qalib şirkətlərlə satınalma müqaviləsi imzalanmışdır".