Azərbaycanda riskin ötürülməsi sisteminə (təkrarsığorta) alternativ olaraq riskin bölüşdürülməsini nəzərdə tutan müştərək sığortanın tətbiqi nəzərdə tutulur.
FED.az xəbər verir ki, bunu “Azərbaycanda sığorta: Yeni Perspektivlər” adlı konfransın açılış çıxışında Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş İcraçı direktoru İbrahim Alışov bildirib.
“Sığorta fəaliyyəti haqqında” qanuna və Mülki Məcəlləyə müvafiq dəyişikliklər edilərək hökumətə təqdim edilmişdir. Düşünürük ki, bu il ərzində bu sığorta məhsulunun hüquqi və institusional çərçivəsinin formalaşdırılmasına nail olacağıq.”
İ. Alışov əlavə edib ki, Mikro sığorta məhsullarının da bazara təqdim edilməsi nəzərdə tutulur: "Mikro sığorta üzrə daha çox sosial riskləri özündə daşıyan sığorta məhsullarının formalaşdırılaraq bazara təqdim edilməsi üçün Palata tərəfindən müvafiq addımlar atılır.