Azərbaycanda islam prinsiplərinə uyğun olan sığortanın risk bölüşdürülməsi mexanizminin tətbiq edilməsi gözlənilir.
FED.az xəbər verir ki, ötən gün İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi (SER) yanında İslam İqtisadiyyatı Resurs və Araşdırma Mərkəzinin (İQRAM), Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin (ATM), UNEC- İslam Maliyyə Tədqiqat Mərkəzinin və Azərbaycan Milli QHT Forumunun birgə tərəfdaşlığı ilə “İslam Maliyyəsi: Bankçılıq və Sığorta” mövzusunda seminar keçirilib.
Eləcə də bax:Evlərin sığortalanması ilə bağlı - 11 SUAL - 11 CAVAB
Tədbirdə Maliyyə Nazirliyinin rəsmisi və İslam Əməkdaşlıq təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (“COMCEC”) Maliyyə əməkdaşlığı üzrə İşçi Qrupunun əlaqələndirici şəxsi Gündüz Əliyev tədbirdə sığortanın zərurəti və sığortanın islamda rolu barədə geniş məlumat verib.
Tədbir çərçivəsində Gündüz Əliyev FED.az- a müsahibəsində bildirmişdir ki, "sığorta və təkrarsığorta fəaliyyəti ümumilikdə islamda haram deyildir. Lakin risklərin ötürülməsi prinsipi ilə olan əqdlərdə şəriət qaydalarına görə icazəli olmayan ünsürlər vardır. Belə ki, sığortalılar öz risklərini sığortaçıya ötürərkən, Portfelin zərərli olub olmamasından asılı olaraq sığortaçı ya zərərə məruz qalır, ya da varlanır. Bu prinsip şəriətdə qadağan olunan meysir və qarara uyğun gəlir”- deyə Maliyyə Nazirliyinin rəsmisi Gündüz Əliyev FED.az-a bildirib.
Eləcə də bax:Devalvasiya ölkədəki İslam Bankçılığına da ziyan vurub - YENİ TƏKLİFLƏR VAR
“Qarar qeyri-müəyyənliyin alınıb satılması, meysir isə mexanizmdə qumar elementinin olmasıdır. Yəni riski götürən qumar oynamış olur. İkinci şəriət baxımından sığortada diqqət edilən məqam investisiyadır. Sığorta özü bir investisiya vasitəsidir. İslama görə isə vəsaitlər investisiyaya yönəldiləndə elə istiqamətə yönəldilməlidir ki, orada sələm olmasın. Həmçinin içki və tütün vasitələrinə də investisiya edilməsin. Şəriət qaydalarına görə, bu çox önəmlidir”- deyə Gündüz Əliyev bildirib.
Eləcə də bax:Azərbaycanda fermerlərin kreditlərə - ƏLÇATANLIĞI AŞAĞI SƏVİYYƏDƏDİR
“Lakin risk bölüşdürülməsi prinsipinə uyğun sığorta əməliyyatları tamamilə İslama uyğundur. Müştərək sığorta müqavilələri də məhz risk bölüşdürülməsi prinsipi ilə bağlanılır. Bizdə də artıq müştərək sığorta prinsipləri qanunvericilikdə öz əksini tapıb. O nəinki İslamda halaldır, həmçinin İslam onu stimullaşdırır. Aqrar sığorta da müştərək sığorta prinsipi üzərində qurulub. Aqrar sığorta fondu artıq yaradılıb, onun bağladığı sığorta müqavilələrində qarar və meysir elementləri yoxdur.”-deyə Gündüz Əliyev bildirib.