Azərbaycanın tanınmış, peşəkar sığortaçısı “Azərsığorta” Dövlət Sığorta Komerrsiya şirkətindəki vəzifəsindən ayrılıb.
FED.az etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Dövlət Sığorta Şirkətinin İdarə Heyənin üzvü, tanınmış və peşəkar sığorta meneceri Vüqar Babakişiyev bu qurumdakı işindən uzaqlaşıb.
Qeyd edək ki, Vüqar Babakişiyev təhsili (Hüquq və iqtisadiyyat üzrə magistr) ilə yanaşı maliyyə sahəsində zəngin təcrübəyə də malikdir.
O, 2001-ci ildən Dövlət Sığorta Şirkətində İdarəheyəti sədrinin müşaviri, Dövlət Sığorta Şirkətinin Beynəlxalq Əlaqələr və Təkrarsığorta Departamentinin direktoru, Günay Sığorta şirkətinin İdarə Heyətinin sədri, daha sonra Dövlət Sığorta Şirkətində İdarə Heyəti sədrinin Baş müşaviri, İdarə Heyətinin üzvü vəzifələrində çalışıb.