Maliyyə sahəsi üzrə tanınmış təlimçi Pərviz Quliyevin “sığorta mütəxəssisi” adlı ilk dərslik kitabı işıq üzü görüb.
P.Quliyev FED.az-a verdiyi məlumata görə, bu layihə Təhsil Nazirliyinin dəstəyi və Avropa Birliyinin texniki dəstəyi ilə ərsəyə gəlib. “Ölkəmizin təhsil sektoru üçün nəzərdə tutulmuş “Milli Kvalifikasiya Çərçivəsi” adlı layihədə fərqli sahələrdən olan digər ekspertlərlə yanaşı layihəyə dəvət olunmağım mənim üçün çox yadda qalan və eyni zamanda çox məsuliyyətli bir hadisə oldu. Bu layihənin mənim üçün nə qədər məsuliyyətli olması ilə yanaşı, eyni zamanda əhəmiyyətli məqamlardan biri olan, cəmiyyətə faydalı olmaq kimi bir missiyanın tərəfimdən qismən yerinə yetirilməsi kimi yadda qalmasıdır”.
Müəllif qeyd edir ki, layihənin nəticəsi olaraq hazırlanan “Sığorta mütəxəssisi” adlı dərslik sığorta sahəsində təhsil alacaq tələbələr, sığorta sektorunda işləməyə hazırlaşan gənc namizədlər və ya artıq işə alınmış gənc sığorta mütəxəssisləri üçün nəzərdə tutulub.
Dərslik 4 moduldan ibarətdir (toplam 343 səh., A4 formatda):
1) Sığorta fəaliyyətinin təşkili; 2) Sığorta xidmətlərinin həyata keçirilməsi;
3) Sığorta bazarı;
4) Sığorta qanunvericiliyi;
I və II modullar ən böyük modullar olmaqla, daha çox praktiki biliklərin alınmasına hesablanıb. Başqa sözlə, sığorta şirkətinin daxilində fərqli funksiyalar tərəfindən görülən işlərin prosedurlarla izahatını öyrədir.
III modul daha çox təhlil xarakterlidir, sığorta bazarının nədən ibarət olduğunu və bazarın mövcud problemlərini öyrədir.
IV modul isə mövcud sığorta qanunvericiliyin əsas müddəalarının öyrənilməsinə hesablanıb. Bütün modulların hazırlanması zamanı Avropa Birliyinin təhsil sahəsində, xüsusi ilə dərsliklərin hazırlanmasında tətbiq etdiyi standartlara önəm verilib. Hazırlanmış modulların tərkibi bu günə qədər sığorta sahəsində mövcud olan kitablardan fərqli olaraq, nəzəri məlumatları özündə cəmləşdirmir