Tanınmış sığorta satışı mütəxəssisi Nicat Əlibəyli bundan sonra «Sənaye Sığorta»da çalışacaq.
FED.az xəbər verir ki, bu barədə Nicat Əlibəyli özü məlumat verib.
Eləcə də bax:“Qala Həyat” ötən ilki fəaliyyətini – UĞURLA BAŞA VURUB
Qeyd edək ki, indiyədək «Ata sığorta»da çalışan N.Əlibəyli bu şirkətdə Bakı nümayəndəliyinin rəhbəri işləyib. İndi isə fəaliyyətini «Sənaye sığorta»da davam etdirəcək.
Satış mütəxəssisinin təyinatı təkcə kadr dəyişikliyi ilə bitmir. Bu yenilik indiyədək daha çox korporativ risklər üzrə ixtisaslaşan «Sənaye sığorta»nın riteyl bazarına çıxacağına işarə edir.