Tanınmış sığorta mütəxəssisi Fərid Bayramlı yeni vəzifəyə təyinat alıb.
FED.az xəbər verir ki, F.Bayramlı Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun Latviya, Litva və Estoniya ölkələri üzrə sədri seçilib.
Qeyd edək ki, F.Bayramlı Azərbaycan Kooperasiya Universiteninin vergi işinin təşkili və idarə edilməsi ixtisasını bitirib. Bir neçə beynəlxalq və daxili təlimlərin iştirakçısı olan F.Bayramlı maliyyə sahəsində 10 ildən çox təcrübəyə malikdir.
F.Bayramlı 2010-cu ildə ilk əmək fəaliyyətinə Azərbaycan Respublikası Dövlət Sığorta Komersiya Şirkətində başlayıb. O, çalışqanlığı ilə Şirkətdə nəqliyyat sığortası departamentinin direktor müavini vəzifəsinədək yüksəlib.
İşinə peşəkar yanaşaraq bütün etimadları doğruldan F.Bayramlı sözügedən şirkətdə sığorta hadisələri departamentinin tənzimləmələr şöbəsinin müdiri vəzifəsini də icra edib.