Ölkənin ən iri sığorta şirkətlərindən olan “Xalq Sığorta”nın Gəncə filialının müdiri vəfat edib.
Şirkətin Gəncə filialının müdiri Məhəmməd İsmaylıov 54 yaşında dünyasını dəyişib.
“Xalq Sığorta” şirkətindən FED.az-a verilən məlumata görə, M.İsmayılov uzun müddətdir ki, ürəyindən müalicə olunurmuş. Koronavirus şübhəsilə bağlı Mərkəzi Klinikanın Gəncə Xəstəxanasında COVİD-19 testi verilib və nəticə neqativ olub.
Bildirilib ki, 23 sentyabr tarixində M.İsmayılov təcili tibbi yardım maşını ilə Bakıya çatdırılarkən yolda dünyasını dəyişib.
Hazırda filiala yeni müdir təyinatı olmayıb.