Azərbaycan sığorta bazarının iri və aktiv şirkətlərindən olan “Azərsığorta” şirkəti yenilələnmə işlərini uğurla davam etdirir.
FED.az xəbər verir ki, müştərilərə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, eləcə də müştərilərin “Azərsığorta” şirkətinin sığorta məhsulları və xidmətləri barədə məlumatların daha geniş və rahat şəkildə əlçatan olması üçün rəsmi veb səhifəsini (https://azersigorta.az/) yeniləyib.
Xidmət səviyyəsinin keyfiyyətinin artırılması ilə yanaşı texnoloji həllərə hədəflənmiş yeni saytda istifadəçilər üçün “Onlayn ödəniş” və “Onlayn sifariş” bölmələri də yaradılıb.
Yenilənmiş sayta (https://azersigorta.az/) daxil olmaqla istifadəçilər şirkətin tarixi, strukturu, şirkətin bazara təqdim etdiyi geniş çeşidli sığorta məhsulları, filialları və digər məlumatlarla tanış ola bilərlər.
Xatırladaq ki,“Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti Cənubi Qafqazın ilk sığorta qurumu olaraq 21 oktyabr 1921-ci ildə Azərbaycan SSR-də yerli Dövlət Sığorta İdarəsi kimi fəaliyyətə başlayıb. 1991-ci ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə heyəti bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılıb.
Hazırda “Azərsığorta” brendi ilə fəaliyyətini uğurla davam etdirən “Azərsığorta” Dövlət Sığorta Şirkəti 36 növdə könüllü və icbari sığorta məhsulları üzrə xidmətlər təqdim etməklə respublikada geniş filial şəbəkəsinə malikdir